5 yanvar 2011 20:14
“Azərbaycan yığması oynamağımıza imkan vermədi”
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnir çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət Belarus və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra rəqibimizin baş məşqçisi Aleksey Vergeyenko fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, belarusluların çalışdrıcısı qolsuz tamamlanan görüşdən sonra bunları bildirib:
“Mənə elə gəlir ki, bugünkü oyunun bir hissəsinə biz, bir hissəsinə isə Azərbaycan yığması nəzarət etdi. Belə rəqiblə qarşılaşmaq çox xoş oldu. Çünki Azərbaycan yığması həm özü yaxşı oynadı, həm də bizim oynamağımıza imkan verdi”.
