5 yanvar 2011 20:31
Vəli Qasımov: Tam razı qalmadım
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnir çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət Belarus və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı qolsuz tamamlanan qarşılaşmadan sonra bunları söyləyib:
“Qapılara qol vurulmasa da, bu gün hər iki komandanın ifasında açıq futbolun şahidi olduq. Həm biz, həm də Belarus yığması risk etməkdən çəkinmədi. Komandamdan tam razı qalmasam belə, düşünürəm ki, maraqlı və sürətli oyun izlədik”.
