5 yanvar 2011 11:38
Məmmədovun `Atırau`ya apardığı ilk azərbaycanlı
Ramiz Məmmədovun yenicə təyin olunduğu Qazaxıstanın `Atırau` klubuna apardığı ilk azərbaycanlının kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, özünə iki köməkçi məşqçi aparacağını bəyan edən həmyerlimizin ilk “transferi” Mehman Baxışov olub.
O, `Qəbələ`də bir yerdə çalışdığı bu məşqçiylə Qazaxıstan klubunda da birgə işləyəcək. Lakin baş məşqçinin aparacağı digər məşqçinin, eləcə də iki futbolçumuzun kimliyi dəqiqləşməyib.
