5 yanvar 2011 11:49
`Rapid` XL-nın istədiyi oyunçuları saxlamaq istəmir
Buxarest `Rapid`inin baş məşqçisi Marius Şimudiça `Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednikin komandamıza gətirmək istədiyi futbolçularla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Rumıniya mətbuatına açıqlamasında o, həmin oyunçuları saxlamaqda israrlı olmayacaqlarını dilə gətirib:
“Əlbəttə, həmin oyunçuların hər biri `Rapid` üçün çox qiymətlidi. Lakin əgər onlar getmək istəsələr, bizim onları komandada saxlamağa çalışmaq fikrimiz yoxdu”.
