5 yanvar 2011 11:54
`Bakı` 3 futbolçusuyla yollarını ayırdı
Son ölkə çempionu `Bakı`nın yollarını ayırmaq istədiyi futbolçulardan bir neçəsinin adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, cari mövsüm heç də uğurlu çıxışı ilə seçilməyən, hazırda Premyer Liqada 7-ci pillədə qərarlaşan paytaxt klubu artıq yollarını ayırdığı 3 futbolçunun kimliyini açıqlayıb.
Klubun baş meneceri Zeynal Məmmədovdan aldığımız bilgiyə görə, həmin futbolçular Joel Epalle, Saşa Kaykut və Dare Nibombe olub. Lakin əsas heyət üzvlərindən olan bu futbolçularla yanaşı, başqa oyunçuların da klubla yollarını ayıracağı gözlənilir.
