5 yanvar 2011 00:07
23 dubl, 1 het-trik və yenə Nasimov
Sayca 19-cu Azərbaycan Premyer Liqasının gedişində indiyə qədər 234 qol izləyə bilmişik. Azerisport.az xəbər verir ki, 114 oyuna vurulan bu toplar orta hesabla hər qarşılaşma üçün 2,3 qol edir.
Bəs görəsən, bu qollardan nə qədəri dubl və ya het-trik hesabına başa gəlib? Maraq üçün bəri başdan onu qeyd edək ki, poker və ya penta-trikin qeydə alınmadığı cari mövsümün gedişində azarkeşlər sadəcə dubl və het-trik görə biliblər. Dublların sayı az olmasa da (23), het-trik etməyi cəmi 1 futbolçu bacarıb. Bu isə, 234 qoldan 65-nin məhz dubl və het-triklər sayəsində gerçəkləşdiyini göstərir.
Bu uğura imza atan futbolçulara gəlincə, yeganə het-trikin müəllifi Premyer Liqamızın bombardiri olan Bahodir Nasimovdu. Məhz özbəkistanlı hücumçunun çempionatın 3-cü turunda `Simurq`un qapısından keçirdiyi 3 qol sayəsində komandası doğma meydanda 4:0 hesablı inamlı qələbəyə sevinmişdi.
Bahodiri elə dubla imza atan futbolçular arasında da öncüllərdən saymaq olar. Məsələ burasındadı ki, qeydə alınan 23 dublun müəllifləri arasında Nasimov da var. Bütövlükdə bu mövsüm 18 futbolçu dubl edib ki, onlardan da beşi iki dəfə eyni uğuru təkrarlamağı bacarıb. Həmin 5 xoşbəxtdən biri Nasimovdusa, `Qəbələ`nin hücumçusu Deon Barton, `Qarabağ`ın ön xətt oyunçusu Rauf Əliyev və AZAL-ın iki oyunçusu - Qvidas Yuska ilə Zohair Benouahi də eyni uğuru 2 dəfə təkrarlamağı bacarıb.
Yerdə qalan 13 futbolçu isə 1 dəfə dubla imza atmağa nail olub. Maraq üçün qeyd edək ki, dubl edən futbolçuların komandaları əksər hallarda qalib gəlib. Bu mənada yalnız iki istisna var. `Bakı`nın hücumçusu Jabanın çempionatın açılış turunda imza atdığı dubl komandasını doğma meydanda AZAL-a 2:3 hesablı məğlubiyyətdən xilas etməmişdi. `Turan`ın oyunçusu Georgi Modebadzenin 4-cü turun `Simurq`la oyunundakı dublu isə komandasının Zaqataladan sadəcə 1 xalla dönməsinə (2:2) şərait yaratmışdı.
Bütövlükdə komandalar üzrə nəzər yetirdikdə isə dubllara ən çox sevinən komanda kimi AZAL diqqət çəkir – 5 dəfə. `Qarabağ`, `Xəzər Lənkəran` və `Bakı`nın futbolçuları 3 dəfə belə uğura imza atıbsa, `Neftçi`, `Qəbələ`, `Gəncə` 2 dəfə, MOİK, `Turan` və `Muğan` isə cəmi 1 dəfə dubla sevinib. Son ölkə çempionu `İnter` və `Simurq`un heyətində isə belə uğura imza atan futbolçu olmayıb.
Bütün dubl və het-trik müəllifləri:
|
Oyunçu
|
Komanda
|
Cəmi qol
|
dubl
|
Het-trik
|
|
Bahodir Nasimov
|
Neftçi
|
15
|
2
|
1
|
|
Deon Barton
|
Qəbələ
|
7
|
2
|
-
|
|
Rauf Əliyev
|
Qarabağ
|
7
|
2
|
-
|
|
Qvidas Yuska
|
AZAL
|
9
|
2
|
-
|
|
Zohair Benouahi
|
AZAL
|
5
|
2
|
-
|
|
Georgi Adamiya
|
Qarabağ
|
6
|
1
|
-
|
|
Uinston Parks
|
XL
|
5
|
1
|
-
|
|
Junivan Suares
|
Gəncə
|
9
|
1
|
-
|
|
Sabir Allahquliyev
|
Gəncə
|
5
|
1
|
-
|
|
Viktor İbekoyi
|
AZAL
|
3
|
1
|
-
|
|
Leonardo Roşa
|
Bakı
|
3
|
1
|
-
|
|
Jaba
|
Bakı
|
5
|
1
|
-
|
|
Alim Qurbanov
|
XL
|
4
|
1
|
-
|
|
Georgi Modebadze
|
Turan
|
2
|
1
|
-
|
|
Ernad Skuliç
|
Bakı
|
3
|
1
|
-
|
|
Anar Qasımov
|
MOİK
|
2
|
1
|
-
|
|
Elvin Beqiri
|
XL
|
4
|
1
|
-
|
|
Elşən Məmmədov
|
Muğan
|
2
|
1
|
-
|
