5 yanvar 2011 18:53
Yığmamız Belarusla da heç-heçə etdi (YENİLƏNİB)
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnirdə çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Sankt-Peterburq şəhərindəki İdman Konsert Kompleksində Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunda yığmamızın rəqibi Belarus komandası olub. Lakin tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, sonda qolsuz heç-heçə qeydə alınıb.
Qeyd edək ki, millimiz ilk oyunda ukraynalı həmyaşıdları ilə qarşılaşmışdı və oyun 1:1 hesabı ilə başa çatmışdı. Qrup çərçivəsində keçirilən digər oyunda isə Belarus yığması Çin millisini 2:1 hesabı ilə məğlub etmişdi. Bu gün qrupumuzdakı digər oyunda Çinlə Ukrayna üz-üzə gəlib və çinlilər 2:0 hesablı qələbə qazanıblar.
Beynəlxalq turnir
Azərbaycan – Belarus - 0:0
B qrupundakı son durum belədi:
Belarus 2 1 1 0 2-1 4
Çin 2 1 0 1 3-2 3
Azərbaycan 2 0 2 0 1-1 2
Ukrayna 2 0 1 1 1-3 1
