5 yanvar 2011 12:18
Millimizin rəqibindən daha bir məğlubiyyət
Türkiyə Futbol Federasiyası rəhbərliyinin milli komandaya cəlb etmək istədiyi `Nürnberg`li İlkay Gündoğan, seçimini Almaniyanın lehinə etməklə, qardaş ölkəni üzən qərar verib. Azerisport.az xəbər verir ki, uzun müddətdi Bundesliqada top qovan oyunçunu razı salmaq üçün çalışan türklər onu heç vəchlə fikrindən daşındıra bilməyib.
20 yaşlı futbolçu bu haqda qərarını belə izah edib: “Qərarımı Almaniyanın lehinə qəbul etdim. Mənim üçün çox çətin bir qərar oldu. Almaniyada doğulsam da, bir türk kimi böyüdüm. Ailəm son qərarı mənə buraxdı, mən də təkbaşıma belə qərar verdim. Bundan sonra olanlara cavabdeh mən olacam”.
Qeyd edək ki, Türkiyə millisi AÇ-2012-nin seçmə mərhələsində yığmamızla eyni qrupda qərarlaşıb.
