5 yanvar 2011 00:22
`Galatasaray`ın ilk transfer “bomba”sı `Fener`li oldu
`Galatasaray` dövrələrarası fasilədə ilk transferlərini reallaşdırıb. Azerisport.az xəbər verir ki, İstanbul klubunun yeni futbolçularından biri əzəli rəqibi `Fenerbahçe` ilə yollarını ayıran Kazım Kazım olub.
Dünən Kazımın öncə `Fenrbahçe` ilə qarşılıqlı şəkildə yollarını ayırdığı haqda informasiya yayıldı. Hansı ki, hələ bir müddət öncə baş məşqçi Aykut Kocaman, onu komandada saxlamaq fikrində olmadığını bəyan etmişdi. 2007-ci ildən bu klubun şərəfini qoruyan futbolçu 2009/10 mövsümündə intizamsız hərəkətlərinə görə Fransanın `Toulouse` klubuna icarəyə verilmişdi. 77 oyuna çıxıb, 8 qola imza atan Kazım `Fener`lə yollarını ayıran kimi, əzəli rəqib `Galatasaray`la müqavilə bağlayıb.
“Sarı-qırmızılı” klubdan verilən açıqlamada Kazımla 3.5 illik müqavilə imzaladıqları bildirilir. Klub rəhbərliyi onunla yanaşı 3-cü liqa klublarından `Gaziosmanpaşaspor`dan Berk İsmail Ünsalı da heyətinə qatıb. Komandanın gənc oyunçularından olan Anıl Dilaverlə isə müqavilə yenilənib.
