5 yanvar 2011 00:36
Azərbaycan çempionunun rəqibi darmadağın oldu
Türkiyənin Bank Asiya birinci liqa klublarından olan `Altay`, dövrələrarası hazırlıqlarını sürdürdüyü Antalyada Fransanın ünlü komandalarından `Paris Saint Germain` ilə sınaq matçı keçirib. Azerisport.az xəbər verir ki, hazırlıq matçında `Bakı`nın üzvü Rəhman Hacıyevin hələ yaydan bəri keçidi gündəmdə olduğu qardaş ölkə təmsilçisi 6:0 hesabıyla qələbə qazanıb.
Lakin İzmir təmsilçisi Fransa klubunun heç də əsas heyəti ilə yox, əvəzedici komandasıyla qarşılaşıb. Qeyd edək ki, son Azərbaycan çempionu `İnter`in də hazırda olduğu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri məhz PSG-nin əvəzedici komandası olacaq.
