5 yanvar 2011 12:44
Almanlar Azərbaycanda talant axtarır
Almaniya Futbol İttifaqının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Markus Vaydner maraqlı açıqlamayla çıxış edib. Azerisport.az xəbər verir ki, o, futbolu inkişaf etməkdə olan ölkələrdə aparılan işlərdən danışarkən, Azərbaycanda da axtarışlar apardıqlarını təsdiqləyib:
“Bizim oxşar layihələlərimiz Azərbaycanla, Mozambiklə, Namibiyayla bağlıdı. Biz bütün dünyada talant axtarışındayıq. Ancaq bu yolda layihəni uğurla həyata keçirməyimiz, daha çox işləməyimiz lazımdı”.
