5 yanvar 2011 00:42
Rumıniya yığmasının hücumçusu `Xəzər Lənkəran`a gəlir (FOTO)
Buxarest `Dinamo`sunun forvardı Florin Bratu bundan sonra karyerasını Azərbaycanın `Xəzər Lənkəran` klubunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu haqda Rumıniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, rumın futbolçu Lənkəran klubuna azad agent kimi keçir. Çünki onun buxarestlilərlə müqaviləsinin müddəti başa çatıb. Qeyd edək ki, Bratu vaxtilə Türkiyənin `Galatasaray` klubunun da şərəfini qoruyub. Rumıniya yığmasının forvardı əsas komandada keçirdiyi 14 oyunda 2 qola imza atıb.
