5 yanvar 2011 00:56

`Manchester City`nin ulduz futbolçuları yenə dalaşdı (FOTOLAR)

İngiltərənin transfer çempionu hesab olunan `Manchester City`nin düşərgəsindən zaman-zaman gələn xoşagəlməz xəbərlər də davam etməkdədi. Azerisport.az xəbər verir ki, son günlərə kimi Argentina millisinin hücumçusu Karlos Teveslə baş məşqçi Roberto Mançini arasındakı qalmaqallar gündəmdən düşmürdüsə, bu dəfə komandanın iki ulduz futbolçusu məşq zamanı əlbəyaxaya çıxıb.
 
 
Sözügedən qalmaqalın məhz bu gün keçiriləcək `Arsenal`la oyun ərəfəsində baş verməsi rəhbərliyi də ciddi şəkildə narahat etməyə başlayıb. Çünki zirvə uğrunda mübarizə aparan kollektivin bu vacib qarşılaşmada qələbə qazanması üçün nizam-intizamın qaydasında olması da az önəm daşımır. Gəl ki, komandanın dünənki məşqi zamanı Fildişi Sahilindən olan Kolo Ture ilə Toqolu futbolçu Emmanuel Adebayor arasında əsl əlbəyaxa yaşanıb. Onları yalnız komanda yoldaşları güclə də olsa, ayıra biliblər. Mübahisənin əsl səbəbləri açıqlanmır.
 
Maraq üçün xatırladaq ki, belə bir olay ötən ay da yaşanmışdı. Həmin zaman əlbəyaxa döyüşün iştirakçıları isə Mario Balotelli və Jerom Boatenq olmuşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.