6 yanvar 2011 13:09
FİFA prezidenti çempionatlardakı klubların sayından şikayətçidi
FIFA prezidenti Zepp Blatter, ötən mövsüm bəzi Avropa klublarının şikayətinə səbəb olan təqvimdəki sıxlığın ölkə çempionatlarında çox komandanın yer almasında qaynaqlandığını iddia edib. Azerisport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri FIFA-nın internet saytına verdiyi açıqlamasında, UEFA prezidenti Mişel Platininin də eyni düşüncədə olduğunu bildirib:
“20 komandalı çempionatlarda komandalar 38 matç keçirir. Ayrıca kubok oyunlarına da çıxırlar. Bu, istər-istəməz milli komandalarla klubların qarşı-qarşıya gəlməsine yol açır. Klub komandalarının rəhbərləri oyunçularının millidən yorğun və zədəli döndüyü üçün şikayətlər edirlər. Bunun səbəbi heç də milli komandalar arasındakı oyunların təqvimi deyil. Əsl sıxlıq ölkə çempionatlarının təqvimindədi”.
Braziliyada keçiriləcək DÇ-2014-də matçların yalnız peşəkar hakimlər tərəfindən idarə olunmasını istədiyini deyən Blatter maraqlı açıqlamayla çıxış edib: “Məşqçilər, futbolçular hamısı peşəkarlardısa, hakimlərin hamısının peşəkar olmaması üçün heç bir problem yoxdu”.
FIFA prezidenti oyunsonrası penaltilərin, əlavə vaxtın ləğvinə çalışdıqlarını, bu yolda pley-off oyunlarında əsas vaxtın heç-heçə bitəcəyi halda, əlavə vaxtda ilk qol atan komandanın qələbəsinin daha müvafiq olduğunu və bu məsələyə baxacaqlarını da bəyan edib.
