6 yanvar 2011 13:22
Bir gündə üç `Galatasaray` - `Beşiktaş` matçı
Türkiyə futbolunda heç də tez-tez rast gəlinməyən maraqlı bir olay yaşanıb. Azerisport.az xəbər verir ki, `Galatasaray` ilə `Beşiktaş`ın gənc komandaları eyni gündə üç dəfə qarşı-qarşıya gəlib.
`Galatasaray`a məxsus “Florya Metin Oktay” bazada baş tutan matçlarda, “Cim Bom”un 18, 15 və 14 yaşlılardan ibarət komandaları `Beşiktaş`lı həmyaşıdlarıyla münasibətlərinə aydınlıq gətiriblər. 14 yaşlıların görüşündə tərəflər 3-3 hesablı heç-heçəyə razılaşarkən, 15 yaşlıların görüşündə `Beşiktaş` rəqibi üzərində 3:1 hesablı qələbəyə sevinib. 18 yaşlıların çempionatı çərçivəsində baş tutan qarşılaşmada isə `Galatasaray`, `Beşiktaş`ı 5 cavabsız qolla məğlub edib.
