6 yanvar 2011 13:34
Hüseynov Almaniya klubunda debüt etdi (FOTO)
Azərbaycanlı futbolçu Murad Hüseynov Almaniyanın `Fortuna` klubunun heyətindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimizin yeni - 21 yaşlı hücumçusu baxışda olduğu Düsseldorf təmsilçisinin `Allemaniya` ilə görüşündə forma geyib.
Murad İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutan qarşılaşmanın son yarım saatı ərzində özünü göstərmək imkanı qazanıb. Onun komandası isə rəqib üzərində 3:0 hesablı qələbəyə sevinib.
