6 yanvar 2011 13:41
XL Ramiz Məmmədovun komandasıyla üz-üzə
Türkiyəyə təlim-məşq toplanışına yollanmağa hazırlaşan `Xəzər Lənkəran`ın hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisi Antalyada yanvarın 10-dan 26-na kimi hazırlıq keçməyi planlaşdırır.
Təmsilçimiz qardaş ölkədəki hazırlı prosesi zamanı bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Artıq rəqiblərdən biri müəyyənləşib. Mirça Rednikin yetirmələri bir neçə gün öncə Ramiz Məmmədovun baş məşqçi təyin olunduğu Qazaxıstanın `Atırau` klubuyla qarşılaşacaq. Matç yanvarın 16-da baş tutacaq.
