6 yanvar 2011 14:17

Arif Əsədov: Artıq `Fenerbahçe` Amiti öz sıralarında görmək istəyir

`Neftçi` futbol klubunun baş məşqçisi Arif Əsədov azerisport.az və “Zerkalo”ya müsahibəsində Türkiyənin `Galatasaray` klubunun hazırlıq prosesindəki iştirakından söhbət açıb.
 
-  İki gün ərzində 3 hazırlıq prosesini izlədim. Bu gün artıq son günümdü. Axşam ikitərəfli oyuna baxıb, vətənə qayıdacam. Çünki yanvarın 10-da komandamızla birgə yenidən Türkiyəyə gəlməliyəm.
 
- Təəssüratlarınız necədi?
- Prinsipcə burda əlamətdar nəcə görmədim. `Neftçi`dəki iş prosesimdə bunların çoxunu bilirəm. George Haci bütün hazırlıqları bağlı həyata keçirir. Hər kəsin otelə gəlişinə icazə vermir, hansı ki, komanda məskunlaşıb. Bunun üçün bizə xüsusi icazə kartı verilib.
 
- Bu təcrübəni qiymətli hesab etmək olar?
- Deməzdim. Hər ehtimala qarşı belə səfərlər lazımdı. Ən əsası ona görə ki, məşq prosesi mənalı keçsin, futbolçular özünə inam qazansınlar. Belə daha effektli olduğunu düşünürəm. Onsuz da bizim məşqlərimizdə ciddi narahatlıq doğuran kənar amillər olmur. Yeri gəlmişkən, burda `Trabzonspor`la Almaniyanın `Werder` klubu arasındakı qarşılaşmanı da izləmək imkanım oldu, hansı ki, 1:1 başa çatdı.
 
- Haciylə nələrdən danışdınız?
- Hər şeydən danışdıq. Haci bildirdi ki, nəsə sualım olsa, ona ünvanlaya bilərəm. Daha çox ölkə kubokunun növbəti oyunu, `Eskişehirspor` haqda danışdıq. Həmçinin `Neftçi`nin indiki durumunu müzakirə etdik. Komandamızdakı legionerlərin sayıyla maraqlandı.
 
- Maraqlıdı, bizim futbol haqda nəsə bilir?
- Hiss etmək çətin deyildi ki, keçmiş məşqçimiz Covanni Melkioore ona kifayət qədər məlumat vermişdi. Haci həmçinin `Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik barədə də soruşdu. Elə bu barədə az şey bilmirdi.
 
- Yetirmələrinizdən hansısa biri bu komandada çıxış edə bilər?
- Əlbəttə, bu gün artıq `Fenerbahçe` Amit Quluzadənin xidmətində maraqlıdı. Ümumiyyətlə, bizə münasibət yaxşı mənada çox dəyişib. Artıq yuxarıdan aşağı baxmırlar. Bizim `Beşiktaş`la 1:1 hesablı oyunumuzdan sonra artıq tanımağa başlayıblar.
 
- Yeri gəlmişkən, hazırlıq planlarınızı tam dəqiqləşdirmisiz?
- Biz də elə hazırda yaşadığım oteldə məskunlaşacağıq. Şərtlər yaxşıdı. Yanvarın 19-da `Rubin`lə qarşılaşacağıq. Ayın 26-cı və 29-u Kiyev `Arsenal`ı və Avstriya `Şturm`u ilə oyunumuz var. Həmçinin fevralın 1 və ya 3-də də yoxlama matçı keçirmək istyirik ki, həmin rəqibimizin kimliyinə yanvarın 15-dən sonra aydınlıq gələcək.
 
- Amit Quluzadə haqqında nəsə eşitmisiz? Axı o sizdən elə də uzaqda olmamalıdı...
- O, `Fenerbahçe`nin düşərgəsində iki gün olub. Artıq İstanbul klubu onu öz sıralarında görmək istəyir. İndi klublar öz aralarında bu məsələni həll etməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.