6 yanvar 2011 15:00
Quluzadə: `Fenerbahçe` mənimlə uzunmüddətli müqavilə bağlayacaq
`Neftçi` klubunun və Azərbaycan yığma komandasının yarımmüdafiəçisi Amit Quluzadə `Fenerbahçe`nin düşərgəsinə səfərini başa vuraraq, vətənə dönüb. Azerisport.az saytına açıqlamasında yeniyetmə futbolçu yaxın günlərdə klub rəhbərliyi səbiyyəsində danışıqlar aparılıb, məsələyə aydınlıq gələcəyini bildirib:
“Açığı, mən orda bir dəfə də olsun, məşqə çıxa bilmədim. Çünki zədəm hələ tam sağalmadığından belə imkanım da yox idi. Heç İstanbula məşq etmək üçün yollanmamışdım. Məni çox yaxşı qarşıladılar. İndi hər şey klub rəhbərlərinin danışığından asılıdı. Düşünmürəm ki, nəsə problem olsun. Əgər hər şey yaxşı alınsa, artıq gələn həftə `Fenerbahçe`yə keçidim həllini tapa bilər. Başa düşürəm ki, hələlik 18 yaşım olduğu üçün məni daha çox perspektiv üçün alırlar və uzun müddətli müqavilə imzalanacaq. Hazırda öz formamdan da uzaq düşmüşəm. Yəqin ki, öz oyunumu bərpa etmək üçün hələ 3-4 ay lazım olacaq. Mənim üçün elə də böyük fərqi yoxdu. Klubun bazasını göstərdilər, hansı ki, hər şey mən gözlədiyim kimi idi. Orda yaşamalı olacam”.
