6 yanvar 2011 15:12
`Galatasaray` növbəti transferini reallaşdırdı
Türkiyənin `Galatasaray` klubu Rumıniyanın `Cluj` klubunda forma geyən Xuan Emmanuel Kulionu rəsmən rənglərinə bağlayıb. Azerisport.az xəbər verir ki, klubun rəsmi açıqladığı məlumata görə argentinalı orta sahə futbolçusu bundan sonra George Hacinin rəhbərliyi altından çıxış edəcək.
Lakin hələlik bu transferin maliyyə tərəfləri və müqavilənin nə qədər müddətə nəzərdə tutulduğu haqda ətraflı məlumat verilmir. Qeyd edək ki, 1983-cü il təvəllüdlü 2007-ci ildən `Cluj`da forma geyirdi.
