6 yanvar 2011 15:21
`Spartak`ın məşqçisi `Bakı`da (FOTO)
Gələn həftə latviyalı mütəxəssis Aleksandr Starkovun `Bakı`nın sükanı arxasına keçəcəyi rəsmi həllini tapacaq. Azerisport.az xəbər verir ki, bu təyinat tam həllini tapmamış artıq onun paytaxt klubundakı əsas köməkçisinin kimliyi müəyyənləşib.
Bu, İqor Klesovdu. Sözügedən mütəxəssis vaxtilə Starkovla birgə Moskva `Spartak`ında da köməkçi məşqçi kimi çalışıb.
