6 yanvar 2011 15:30
AFFA iki kluba texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində sadəcə aşağıdakı qərarlar çıxarılıb:
28 dekabr 2010-cu il tarixində U-17-lər arasında keçirilən ölkə çempionatının `İnter` – `Simurq` matçında `Simurq` klubu iştirak etmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.
26 dekabr 2010-cu il tarixində U-13 Liqasının `Gücbirliyi` – `Vətən` matçında `Gücbirliyi` klubu iştirak etmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.
