6 yanvar 2011 15:51

Millimizin qrupunda hakim rüşvətxorluğu təsdiqini tapdı

Lixtenşteyn və Finlandiya milli komandaları arasında DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində keçirilən oyunun hakimini almaqda ittiham olunan şəxs ifadə verib. Azerisport.az xəbər verir ki, bu böyük qalmaqalın əsas təşkilatçısı kimi saxlanılan Ante Sapina Bosniya və Herseqovinadan olan hakim Novo Paniçi necə ələ aldığını açıqlayıb.
 
Sapina bildirib ki, Sarayevo otellərinin birinin yaxınlığında hakimlə görüşərək məsələnin detallarını razılaşdırıb və ona “əməyinin” müqabilində 40 min avro rüşvət verib. 2009-cu il sentyabrın 9-da baş tutan qarşılaşma 1:1 hesabı ilə nəticələnib və hər 2 qol fasilədən sonra vurulub ki, sifarişçilərə də məhz bu lazım imiş. Qollardan biri isə hakimin heç nədən təyin etdiyi penalti nəticəsində baş tutub. Onun bu etirafları Paniçin ömürlük futboldan kənarlaşdırılmasının layiqli cəza olduğunu isbatlayıb.
 
Qeyd edək ki, Almaniyanın Bohum əyalət məhkəməsində ifadə verən xorvat əsilli Sapina başqa etiraflarda da bulunub. O, məhz həmin oyuna təyinat alan UEFA nümayəndəsinə də 50 min avro rüşvət verildiyini iddia edib. Sapina həmçinin bu hakimdən daha sonra U-21-lər arasındakı Avropa çempionatının İsveçrə - Gürcüstan matçında da istifadə etdiklərini söyləyib.
 
Qeyd edək ki, Lixtenşteyn və Finlandiya DÇ-2010-un seçmə mərhələsində millimizlə eyni qrupda qərarlaşmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.