6 yanvar 2011 16:18
XL-nın yeni oyunçusu: Problemlərim olacaq (FOTO)
`Xəzər Lənkəran`ın yeni yarımmüdafiəçisi Andrey Mureşan `Gloria` və icarədə olduğu `Rapid`i Azərbaycan klubuna dəyişməsiylə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, 25 yaşlı dayaq yarımmüdafiəçisi Mirça Rednikin komandasında oynayacağını təsdiqləyib:
“Əlbəttə, mən bu keçidə görə çox sevinirəm, çünki orda yaxşı olacağına inanıram. Ancaq məndə Bıstritsa ilə də bağlı xoş xatirələr qalacaq, darıxacam. Çünki burda yaşamışam, `Gloria`da çıxış etmişəm. Mən bu kluba uğurlar arzulayıram. Mirça Redniklə yenidən birgə işləmək çox xoş olacaq. Mən onunla `Rapid`də birgə çalışmışdım və yaxşı tanıyıram. Düzdü, uyğunlaşmayla bağlı müəyyən problemlərim olacaq. Axı evimdən kənarda oynamalı olacam”.
