6 yanvar 2011 20:51
Aleksandr Starkov `Bakı`yla 2.5 illik müqavilə bağlayacaq
Latviya yığmasının və `Skonto`nun baş məşqçisi Aleksandr Starkov yaxın günlərdə Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssisin hazırkı baş məşqçi Vinfrid Şeferi əvəzləməsinin rəsmiləşməsi gələn həftəyə planlaşdırılır.
Artıq Starkovun `Bakı`yla 2.5 illik müqavilə bağlayacağı da dəqiqləşib. Lakin bu müddət ərzində onun Latviya yığmasında da 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək baş məşqçi kimi çalışmasına problem yaranmayacaq. Amma `Skonto`nu yanvarın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək “Birlik Kuboku”na Starkov apara bilməyəcək.
