6 yanvar 2011 11:12
`İnter`in PSG ilə oyunu baş tutmadı, `Manisaspor`la qarşılaşacaq
Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışını davam etdirən Bakının `İnter` klubu ilk yoxlama oyununu yanvarın 7-də keçirəcək. Azerisport.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da başlayacaq qarşılaşmada son Azərbaycan çempionunun rəqibi Türkiyə Superliqasında çıxış edən `Manisaspor` klubu olacaq.
Qeyd edək ki, öncədən `İnter`in Fransanın `Paris Saint-Germain` klubunun ikinci heyəti ilə qarşılaşacağı nəzərdə tutulmuşdu. Lakin son anda rəqib dəyişdirilib.
