6 yanvar 2011 00:01
Arif Əsədov: `Galatasaray` rəhbərliyi lazımi şərait yaradıb (FOTO)
Türkiyənin `Galatasaray` komandası Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisinin hazırlıq prosesini flaqmanın baş məşqçisi Arif Əsədov da izləyir. Paytaxt klubunun baş məşqçisi `sarı-qırmızılar`ın məşqindən sonra klubun rəsmi saytına fikirlərini bildirib.
“Belə imkanı mənə yaratdığı üçün klubumuzun prezidenti Sadıq Sadıqova minnətdarlğımı bildirirəm. Həmçinin `Galatasaray` rəhbərliyi də mənim məşqləri izləməyim üçün lazımi şərait yaradıb. Açığı, burada `sarı-qırmızılar`ın təlim-məşq prosesini təqib etmək üçün bir çox prosedurdan keçmək lazımdır. Ancaq biz `Galatasaray`la əməkdaşlıq etdiyimiz üçün mən rahat şəkildə onların hazırlığına baxıram, texniki-takitiki məşqlər zamanı qeydlərimi aparıram. Mən özüm məşq prosesində rəngarəngliyi sevən məşqçiyəm, `Galatasaray`ın hazırlğı da öz müxtəlifliyi ilə seçilir”.
