6 yanvar 2011 00:06

Meydan sahiblərindən sonra ən yüksək göstərici millimizdə

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 8 iştirakçısından biri olan Azərbaycanın U-19 millisi ən çox azarkeş toplayan ikinci komandadı. Azerisport.az xəbər verir ki, komandamızın oyunlarına gələn azarkeşlərin sayı yalnız meydan sahibi olan Rusiya U-19-nun görüşlərini izləyənlərdən geri qalır.
 
Məsələ burasındadı ki, A qrupunda yer alan Rusiyanın yeniyetmələrdən ibarət komandasının Finlandiya ilə ilk görüşünü 3 min, ikinci oyun günündə baş tutan Latviya ilə qarşılaşmasını isə 4 min tərəfdar izləyib.
 
Vəli Qasımovun yetirmələrinin Ukrayna ilə 1:1 hesabıyla başa çatan ilk görüşü də digər qarşılaşmalar kimi futbolsevərlərin diqqətini cəlb etməyib. Lakin ikinci oyun günündə baş tutan Belarusla qarşılaşmanı 2 min azarkeş izləyib ki, bu da meydan sahiblərinin oyunlarında qeydə alınan azarkeş sayından sonra ən yüksək göstəricidi. Digər komandaların görüşlərində isə ən yüksək azarkeş sayı 1500 nəfər olub.
 
Komandamızın son oyununu izləməyə gələn azarkeşlərin çoxluğu millimizin baş məşqçisi Vəli Qasımovun da diqqətindən yayınmayıb. Belə ki, o, komandamızı dəstəkləməyə gələn azərbaycanlı futbolsevərləri qolla sevindirə bilmədiklərinə təəssüfünü gizlətməyib. Onun oyundan sonra dilə gətirdiyi həmin fikirləri ilə sizi də tanış edirik:
 
“Hər iki komandanın qol vurmaq üçün şansları oldu, lakin nədənsə futbolçular heç bir epizodda bu şanslardan yararlana bilmədilər. Hardasa qapıçıların da öz ustalığını göstərməsi öz sözünü dedi. Hələ matçdan öncə bizə demişdilər ki, tribunalarda bizim çox sayda azarkeşimiz olacaq. Əlbəttə, belə azarkeş dəstəyi mənim yığma komandam üçün çox böyük atmosfer yaradırdı. Ancaq əfsuslar olsun ki, həmin azarkeşləri qolla sevindirə bilmədik”.
 
Sonda onu da qeyd edək ki, yığmamızın yer aldığı B qrupunda Belarus, Ukrayna və Çin, A qrupunda isə meydan sahibi Rusiya ilə yanaşı Finlandiya, İtaliya və Latviya milliləri yer alır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.