6 yanvar 2011 00:12
Yığmamızın ən yaxşı futbolçuları müəyyənləşdi
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin təşkilatçıları Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının heyətində ən yaxşı futbolçuları müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, təşkilatçılar hər oyundan sonra komandaların heyətində ən yaxşı futbolçunun kim olduğunu açıqlayırlar.
İlk oyun günündə Ukrayna ilə 1:1 hesablı heç-heçə ilə başa çatan qarşılaşma üçün millimizin ən yaxşı futbolçusu Nurlan Novruzov seçilib. Qeyd edək ki, həmin görüşdə Nurlan komandamızın bərabərlik qoluna imza atmışdı. Dünən keçirilən Belarusla qarşılaşma (0:0) üçün isə yığmamızın ən yaxşısı Aleksandr Qross olub.
