6 yanvar 2011 00:23
Araz Abdullayevin `Everton`lu elçiləri Bakıda
İngiltərənin `Everton` klubunun beynəlxalq əlaqələr və futbol departamentinin rəhbəri David Harrisonun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 6-sı axşam saatlarında Bakıya gələcək. Azerisport.az xəbər verir ki, bunun ertəsi günü isə İngiltərə klubunun rəsmiləri `Neftçi` PFK-nın rəhbərliyi ilə görüşəcəklər. Elə həmin gün, yanvarın 7-si saat 12:00-da mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, İngiltərə klubunun nümayəndələrinin səfəri `Neftçi`nin futbolçusu Araz Abdullayevin `Everton`a keçidi ilə bağlıdır.
