7 yanvar 2011 15:09
Devid Harrison: Araz İngiltərə vizasının həlli üçün yığmada oynamalıdır
`Everton`un ölkəmizə gələn nümayəndəsi Devid Harrison bugünkü mətbuat konfransında Araz Abdullayevin viza problemini necə həll etmək yolunu aydınlaşdırıb. Azerisport.az xəbər verir ki, o, bu haqda danışarkən sözügedən fikirləri dilə gətirib:
“O, İngiltərə vizasının həlli üçün yığmada oynamalıdır. Düşünürəm ki, onun göstəriciləri ilə bu, problem deyil. Araz milli komandanın heyətində möhkəmlənməlidir”.
