7 yanvar 2011 15:16
Araz Abdullayev: `Everton`a çempion kimi getmək istəyirəm
Araz Abdullayev bu gün keçirilən mətbuat konfransında bildirib ki, İngiltərəyə köçməyə hazırlaşır. Lakin azerisport.az xəbər verir ki, o, buna qədər `Neftçi`nin heyətində çempionluq sevinci yaşamağı arzulayır:
“Şadam ki, `Everton`a keçirəm. İngiltərə Premyer Liqasında ilk azərbaycanlı olmağım xoşdu. Ancaq ümid edirəm ki, bundan qabaq `Neftçi`ni çempion edəcəyəm”.
