7 yanvar 2011 15:21

Araz Abdullayevin `Everton`a keçidi həllini tapdı

`Neftçi` və `Everton` təmsilçilərinin Bakıda keçirilmiş mətbuat konfransı Araz Abdullayevin ingilis klubuna keçidi ilə bağlı bütün məsələlərə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, `Everton` futbolçumuzla müddəti ictimaiyyətə açıqlanmayan müqavilə bağlayıb.
 
`Everton` təmsilçisi Devid Harrison bildirib ki, bu, uzunmüddətli müqavilədi: “Müddəti açıqlaya bilmərəm. Ancaq bu, uzunmüddətli müqavilədi. Bir il qabaq Azərbaycan və Şotlandiya gənclər yığmalarının (U-21) oyununda gördüyümüz Araz Abdullayev xoşumuza gəlir. Biz bu gənci klubumuzda istəyirik. Arazın nə vaxt əsas heyət oyunçusu olacağını demək çətindir. Hər şeyin onun özündən və `Neftçi`dən də asılıdı. Abdullayev bizə fevralda gələcək və iki həftəlik toplanış keçəcək. Bundan sonra biz, klubun baş məşqçisi Devid Moisin fikrini biləcəyik”.
 
Həmçinin məlum olub ki, bundan sonra sözügedən klublar əməkdaşlıq edəcəklər. “Biz bir çox məsələlər üzrə `Neftçi` ilə əməkdaşlıq edəcəyik. Məsələn, sizin məşqçilər İngiltərəyə gələrək təcrübə keçə biləcək”, deyə Harrison vurğulayıb. Həmçinin o, bildirib ki, Araz Abdullayev yığmada çox oynamalıdır ki, İngiltərə vizası ilə bağlı problem olmasın.
 
`Everton`un daha bir təmsilçisi Con Merdok Arazın oyunçu potensialına toxunub: “Klubumuzda kadrlarımızı yetişdirmək ənənəsi var. Biz bununla son 15 ildə uğurla məşğul oluruq. Ancaq Arazın yaxşı potensialı var. O, özünü göstərə bilər. Onun 18 yaşı var və onu tələsdirmək lazım deyil”.
 
Mətbuat konfransında o da məlum olub ki, Araz `Neftçi`yə martda qayıdacaq: “Biz `Everton`dan Arazı `Neftçi`yə icarəyə verməsini istədik. Bildiyiniz kimi Flavinyo hələ bərpa olmayıb və qarşıdakı oyunlarda bizə çətin olacaq. Buna görə də Araz mövsümün sonuna qədər bizimlə qalacaq”, deyə `Neftçi`nin vitse-prezidenti Tahir Süleymanov bildirib.
 
Nəhayət, günü qəhrəmanı jurnalistlərlə danışıb: “Artıq ingilis dilini öyrənməyə başlamışam. İngiltərə Premyer Liqasında ilk azərbaycanlı olmağım xoşdur. Ancaq ümid edirəm ki, bundan qabaq `Neftçi`ni çempion edəcəyəm”, deyə Araz bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.