7 yanvar 2011 15:27
Vaqif Sadıqov: `Anji` mənə təklif göndərməyib
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov azerisport.az-a müsahibəsində Rusiyanın `Anji` klubunda işləyəcəyi haqda danışıqları təkzib edib: “Anji”dən heç kim mənə təklif göndərməyib. Ona görə də bu haqda sizə heç nə deyə bilmərəm”, deyə Sadıqov bildirib.
Qeyd edək ki, əvvəlcə Sadıqovun ukraynalı Andrey Qusini əvəzləyərək Hacı Hacıyevin köməkçisi olacağı barədə informasiya yayılmışdı.
