7 yanvar 2011 15:32
Yığmamız bu dəfə darmadağın oldu
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnirin qrup mərhələsində çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Çin yığması ilə qarşılaşıb.
Sankt-Peterburq şəhərindəki İdman Konsert Kompleksində keçirilən ilk iki oyunda Ukrayna (1:1) və Belarusla qarşılaşmalarda (0:0) heç-heçə edən təmsilçimiz bu dəfə məğlub olub. Özü də Vəli Qasımovun rəhbərliyi altında ilk sınağına çıxan komandamızın ilk yenilgisi darmadağınla müşaiyət olunub – 0:3. İndi komandamızın qrupda neçənci yer tutacağı və hansı finalda oynayacağı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq Belarus – Ukrayna oyununun nəticəsindən sonra müəyyənləşəcək.
B qrupundakı hazırkı vəziyyət isə belədi:
1. Çin 3 2 0 1 6-2 6
2. Belarus 2 1 1 0 2-1 4
3. Azərbaycan 3 0 2 1 1-4 2
4. Ukrayna 2 0 1 1 1-3 1
