7 yanvar 2011 15:41
`Neftçi`nin daha üç futbolçusu `Everton`a gedir
`Neftçi`nin daha üç futbolçusu İngiltərənin `Everton` klubuna gedir. Azerisport.az xəbər verir ki, bu barədə `Neftçi`nin vitse-prezidenti Tahir Süleymanov `Everton`la əməkdaşlığın mövzusunu şərh edərkən bildirib:
“Neftçi`nin daha üç oyunçusunu ingilis klubuna baxışa göndərməyi planlaşdırırıq. Futbolçuların adlarını sizə deyə bilmərəm. Ancaq onu deyim ki, onlar 15-18 yaş aralığındadır. Futbolçular bu il ərzində baxışdan keçəcəklər”.
