7 yanvar 2011 15:45
Aleksandr Starkov Bakıya gələcəyini təsdiqlədi
Latviya yığmasının baş məşqçisi azerispor.az-a müsahibəsində sabah Bakıda olacağını təsdiqləyib: “Sabah Azərbaycana gələcəyəm və ilk növbədə `Bakı`nın vitse-prezidenti Zeynal Məmmədovla görüşəcəyəm. Biz onunla mənim Azərbaycan futbolunda gələcək fəaliyyətimlə bağlı bütün detalları müzakirə edəcəyik. Mənim yığmadakı işim əsas məqamdı. Sizin klub haqqında onu bilirəm ki, `Bakı`nın güclü infrastrukturu var. Ancaq təfsilatlarla Bakıda tanış olacağam”.
