7 yanvar 2011 15:56
Ölkəmizdə məşqçi kurslarına tələbat artıb
AFFA tərəfindən yanvarın 12-dən 19-dək Almaniya Futbol İttifaqından dəvət olunmuş mütəxəssis Nikolay Adamın rəhbərliyi ilə C kateqoriyalı məşqçi kurslarının keçiriləcəyi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, kursda iştirak etmək üçün müraciət edənlərin sayı çox olduğundan proqramda dəyişiklik edilib. Belə ki, kurslar yanvarın 11-dən 17-dək və 18-dən 24-dək keçiriləcək.
