7 yanvar 2011 16:17
Emin İmaməliyev: “Sona qədər mübarizəmizi davam etdirəcəyik”
`Qarabağ` yarımmüdafiəçisi Emin İmaməliyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin ən təcrübəli futbolçularından olan 31 yaşlı orta sahə oyunçusu Premyer Liqanın qalan hissəsində uğurlu çıxış edəcəklərinə inanır:
“Yaranmış fasilə həm komandamız, həm də mənim üçün yerinə düşdü. Avrokuboklarda uzun yol keçmişdik. Komandanın 6-7 ay zədədən əziyyət çəkməsi normaldır. Zədə səbəbindən ilk dövrədə demək olar 2 ay oynamadım. Düzdü, zədə futbolun ayrılmaz hissəsidi. Amma qəribədir ki, zədə hər zaman məni formamın zirvəsində haqlayır. Buna baxmayaraq, komanda sona yaxın toparlana bildi. Antalyadakı keçirəcəyimiz toplantının xeyrimizə olacağını düşünürəm. Belə baxanda, liderdən cəmi 8 xal geridəyik. Hələ heç nə bitməyib. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Komandamızda 25 futbolçu var. Rəqabət yetərincə yüksəkdir. Bütün bunların komandanın xeyrinə olacağını düşünürəm. İnşallah, `Qarabağ` qışdan sonra daha yaxşı çıxış edəcək”.
