7 yanvar 2011 17:09

Rəşad Sadıqov: Azərbaycan çempionatı Superliqadan daha maraqlıdı

Azərbaycan yığmasının kapitanı, Türkiyənin `Eskişehirspor` klubunun kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində komandasıyla keçirdiyi təlim-məşq toplanışından danışıb:
 
- `Eksişehirspor`la hazırlıq prosesiniz necə keçir?
- Dekabrın axırından bəri Antalyada toplanmışıq. Öncə yüngül məşqlərlə kifayətlənirdik. Son həftədə isə fiziki hazırlıqlara başlamışıq. Sabah isə ilk yoldaşlıq oyunumuz olacaq. İlk rəqibimiz Almaniyanin ikinci liqasından olan komandadı. Ayın 10-da `Werder`lə oynayırıq, 12-də `Schalke` və 14-də `Villem II` ilə.
 
- Əsas heyətə qayıdışınız gözləniləndimi?
- Bu haqda qərar baş məşqçinindi. Ancaq fikrimcə hələ mən ehtiyatda qalacam. Məlum olduğu kimi, Superliqanın son turlarında komandamız yaxşı oyun sərgiləyirdi, güclü rəqiblərə uduzmurduq. Bülənt Uyğunun da məşqçi prinsipi elədi ki, qalib heyəti, özünü yaxşı tərəfdən göstərən oyunçuları dəyişmir. Səhv edənə kimi şans verir. Onun işi demək olar ki, ədalətlidi. Mən artıq bu münasibətə alışmışam və bu günkü durumumu sakit qarşılayıram.
 
- Yoldaşlıq oyunu sizin özünüzü göstərməyinizə səbəb ola bilər?
- Əlbəttə, məşqçi yəqin ki, hamıya şans verməyə çalışacaq. Ancaq təbii ki, Superliqanın birinci dövrəsinin sonuncu turunu unutmayacaq. Dözümlü olmaq və zamanını gözləmək lazımdı. Məsələn, `Genoa`dan alınan Dieqo 12 tur ehtiyat oyunçular skamyasında oturub zamanını gözləmişdi. Yaxud Rodriqo Telyo heç cür gənc Sezər Öztürkü heyətdən sıxışdıra bilmir.
 
- `Eskişehirspor` artıq güclənirmi?
- Əgər səhv etmirəmsə, klub rəhbərliyi müdafiəçi və forvard almaq istəyir. Biz 6 klubdan cəmi 2 xal geri qalırıq. Bizim vəzifəmiz avrokuboklar zonasına düşməkdi.
 
- Komandanı tərk etməyi düşünmürsünüz?
- Düşünmürəm. Çünki rəqabətdən qaçmaq istəmirəm. Əksinə, bu hər bir futbolçuya lazımdı. Düzü, mən belə geniş heyətə malik komandada oynamamışam.
 
- Bu, sizin oyun təcrübənizə problem yarada bilər. Çünki martın sonunda millimizin Belçikayla görüşü var...
- Bu müddət ərzində əsas heyətə düşmək üçün əlimdən gələni edəcəm və buna inanıram. Çox işləmək və zamanını gözləmək lazımdı. Burda heç də Azərbaycandakı kimi deyil.
 
- Bəs çempionatlarımız arasında başqa nə kimi fərqlər var ki?
- Premyer Liqa Superliqadan maraqlıdı. Bizdə demək olar ki, hər oyun lideri dəyişə bilir. Ancaq Türkiyədə bir qədər başqa cürdü. Burda hər oyuna çıxırsan ki, xal və ya xallar toplayasan. Çünki hər bir rəqiblə oyun eyni prinsipiallıq daşıyır. Buna görə də mən Azərbaycan çempionatı üçün darıxıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.