7 yanvar 2011 17:26
`Xəzər Lənkəran` daha bir oyunçunun keçidini rəsmiləşdirdi (FOTO)
“Xəzər Lənkəran” daha bir yerli futbolçu ilə 2 illik müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, bu, 19 yaşlı futbolçu Şəhriyar Xəlilovdu.
`Turan`dan transfer olunan Şəhriyar yeni komandasında sağ və ya sol yarımmüdafiəçi kimi oynayacaq. O, həmçinin sağ cinah müdafiəçisi qismində də çıxış edə bilir. Xəlilov peşəkar karyerasına `Gəncə` klubunda başlayıb. Daha sonra futbolçu `İnter`in əvəzedici heyətində və `Qarabağ`da oynayıb. `Xəzər Lənkəran`a qədərki son 6 ayda isə Şəhriyar `Turan`ın şərəfini qoruyurdu. O, `Gəncə`nin, `İnter`in və `Qarabağ`ın heyətində respublika çempionu titulunu qazanıb.
