7 yanvar 2011 17:41
"Azərbaycanla oyuna xüsusi hazırlaşmışdıq"
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnir çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət Çin və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra Çin yığmasının baş məşqçisi Su Mao Çjen fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, 3:0 hesablı qələbə qazandıqları görüşdən sonra rəqibimizin çalışdırıcısı bunları dilə gətirib:
“Bu oyuna xüsusi hazırlaşmışdıq. Azərbaycan yığmasının Ukrayna və Belarus komandaları ilə keçirdiyi oyunların videoyazısına baxmışdıq. Rəqibimizin hazırlığını yüksək qiymətləndiririk. Oyunun ilk 20 dəqiqəsində biz güclü təzyiq altında oynadıq. Yalnız birinci hissənin ortalarında öz oyunumuzu tapa bildik. Sadəcə, bu gün Azərbaycan yığması istədiyi oyunu tam nümayiş etdirə bilmədi”.
