7 yanvar 2011 17:47
Vəli Qasımov təcrübəsizlikdən şikayətləndi
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnir çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət Çin və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın 3 cavabsız qolla məğlub olduğu görüşdən sonra baş məşqçi bunları dilə gətirib:
“İlk növbədə qələbə münasibətilə rəqibi təbrik edirəm. Rəqibimiz gözəl və keyfiyyətli oyun sərgilədi. Komandamızın oyununa gəlincə, futbolçular verdiyim tapşırıqları tam yerinə yetirə bilmədilər. Təcrübə çatışmazlığı hiss olunurdu. Buna görə də adi epizodlarda ciddi səhvlər buraxırdıq. Qarşıda hələ görüləsi çox işimiz var”.
