7 yanvar 2011 18:02

Sadıq Sadıqov: Çoxları Arazın `Everton`a keçəcəyinə inanmırdı (FOTOLAR)

`Neftçi`nin prezidenti Sadıq Sadıqov bu gün ölkəmizdə səfərdə olan İngiltərənin `Everton` klubunun rəsmiləri - beynəlxalq əlaqələr və futbol departamentinin rəhbəri David Harrison və İnkişaf Departamentinin rəisi Con Merdoku qəbul edib. Azerisport.az xəbər verir ki, flaqmanın rəhbəri qonaqları salamlayaraq, klubun yetirməsi olan Araz Abdullayevin `Everton`a keçidini futbolumuz üçün əlamətdar hadisə adlandırıb:
 
“Təbii ki, Azərbaycan və İngiltərə futbolu arasında böyük fərq var. Lakin tezliklə futbolumuzun inkişaf səviyyəsinin İngiltərədəki kimi yüksək olacağına ümidvarıq. Çünki ölkə rəhbərliyi tərəfindən idmanın bütün növlərinə, o cümlədən futbola diqqət və qayğı göstərilir. Futbolun inkişafına dair Dövlət Proqramının müddəaları AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Düzü, çoxları Arazın İngiltərə Premyer Liqasında mübarizə aparan belə bir güclü kluba transfer olunacağına inanmırdılar. Sevindirici haldır ki, futbolçumuzun `Everton`a keçidi baş tutdu. İnanıram ki, Araz öz oyunu ilə İngiltərədə həm Azərbaycan futbolunu, həm də `Neftçi`ni layiqincə təmsil edəcək. Araz Abdullayev futbolun vətəninə gedir, indi hər şey onun özündən asılıdır. O, yaxın 2 il ərzində Avropada ulduz futbolçuya çevrilə bilər”.
 
Daha sonra çıxış edən David Harrison isə Araz Abdullayevin `Everton`da xüsusi proqram əsasında hazırlaşacağını və gələcəkdə kluba böyük xeyir verəcəyinə inandığını bildirib.
 
`Neftçi`nin prezidenti Sadıq Sadıqov gənc yarımmüdafiəçiyə uğurlar arzulayıb, ona daima kömək olacaqlarını vurğulayıb. Öz növbəsində Araz Abdullayev da fikirlərini söyləyib. O deyib ki, `Neftçi`nin prezidentinin xeyir-duası, məsləhətləri ona əlavə güc verir və ümidləri doğrultmaq əzmindədir.
 
Ardından tərəflər rəsmi müqaviləyə imza atıblar. Görüşün sonunda David Harrison üzərində `Everton` futbolçularının imzası olan xüsusi futbolkanı `Neftçi`nin prezidenti Sadıq Sadıqova təqdim edib. Azərbaycanın ən köklü klubunun rəhbəri də qonaqlara xatirə hədiyyələri bağışlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.