7 yanvar 2011 10:14
Ramiz Məmmədov `Atırau`da problemlə üzləşdi
Qazaxıstanın `Atırau` klubunun baş məşqçisi Ramiz Məmmədov yeni komandasında ilk problemlə üzləşib. Azerisport.az xəbər verir ki, buna səbəb onun özünə köməkçi kimi apardığı Mehman Baxışovda A məşqçilik kateqoriyasının olmamasıdı.
Bu isə, vaxtilə `Qəbələ`də də Məmmədovun köməkçilərindən olan Baxışovun Qazaxıstan çempionatında çalışmasına imkan vermir. Bu faktı baş məşqçi özü də təsdiqləyib və bildirib ki, hazırda problemin həlli ilə məşğuldu.
