7 yanvar 2011 10:28
Real Madrid uduzsa da, növbəti mərhələdə
İspaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, kubokun son oyun günündə 5 qarşılaşma baş tutub.
İlk oyununda 8 cavabsız qolla qələbə qazanan Madrid `Real`ı bu dəfə 2 qol buraxdığı qarşılaşmadan məğlub ayrılsa da, növbəti mərhələyə adlayıb. `Villarreal` – `Valencia` cütlüyündə isə qələbə qazanan tərəf meydan sahibləri olub. 1/8 final mərhələsinin bütün nəticələrini diqqətinizə çatdırırıq.
İspaniya kuboku
1/8 final (cavab oyunları)
6 yanvar
Getafe - Real Betis – 1:3 (ilk oyun, 2:1)
Mallorca – Almeria – 4:2 (3:4)
Villarreal – Valencia - 4:2 (0:0)
Espanyol - Atletico Madrid – 1:1 (0:1)
Levante - Real Madrid – 2:0 (0:8)
5 yanvar
Malaga – Sevilla – 0:3 (3:5)
Deportivo – Cordoba – 3:1-əlavə vaxtda (1:1)
Athletic Bilbao – Barcelona – 1:1 (0:0)
