7 yanvar 2011 10:42
5 aylıq pulunu ala bilməyən futbolçulardan qəribə etiraz (VİDEO)
Azerisport.az xəbər verir ki, ölkə futboluna da təsirsiz ötüşməyən maliyyə böhranı klubların bəzilərini çox çətin vəziyyətdə qoyub. Bu üzdən 2-ci və 3-cü liqada hətta bəzi klublar meydana çıxmaqdan imtina edib.
İspaniya 3-cü liqasının `Pontevedra` klubunun futbolçuları isə `Lugo` ilə oynadıqları matçda çox qəribə bir etiraz üsuluna əl atıblar. 5 aydır pullarını ala bilməyən oyunçular rəhbərliyə etirazlarını matç başlayan kimi diz üstə çökərək bir müddət sakitcə yerdə qalmaları ilə bildiriblər. Matçı isə sonda məhz qonaq komanda - `Lugo` qazanıb – 3:2.
