7 yanvar 2011 11:44
Əmirbəyov yenidən `Bakı`ya qayıdır
Rafael Əmirbəyov yenidən `Bakı`ya qayıdır. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçi postunu tərk etməsi gözlənilən Vinfrid Şeferin mümkün gedişi təcrübəli müdafiəçinin keçmiş klubuna qayıtmasına da səbəb ola bilər.
Məlum olduğu kimi, məhz almaniyalı mütəxəssisin gəlişindən sonra `Gəncə`yə keçmək məcburiyyətində qalan Rafael bölgə klubuyla yollarını ayırıb. Paytaxt klubunun Aleksandr Starkovla anlaşmasından sonra isə Əmirbəyovun da əvvəlki komandasına qayıdışının rəsmiləşəcəyi gözlənilir.
