7 yanvar 2011 11:51
XL 3 yerli futbolçuyla yollarını ayırdı
Dünən Elnur Abdullayev və Anar Qasımovu heyətinə qatan `Xəzər Lənkəran` bəzi yerli futbolçuları ilə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, artıq 3 belə oyunçunun kimliyi müəyyənləşib.
Söhbət komandanın təcrübəli oyunçularından olan Xaqani Məmmədov, Ramazan Abbasov və Asif Məmmədovdan gedir. Onların Mirça Rednikin dövründə əsas heyətdə elə də çox görünməməsi klubla yollarının ayrılmasına səbəb olub. Lakin hələlik bu xəbər klub tərəfindən açıqlanmır.
