7 yanvar 2011 12:09
Məhsuldar ötürməsi unuduldu, bu hərəkəti danışılır (FOTO)
Bu gecə keçirilən İtaliya çempionatının 18-ci turunun `Milan` - `Cagliari` matçında (1:0) maraqlı olay yaşanıb. Azerisport.az xəbər verir ki, milanlıların yeni transferi – qalmaqallı Antonio Kassano oyundakı qələbə qolunun müəllifi 20 yaşlı Rodney Strasserə qarşı hərəkəti ilə görüşə damğasını vurub.
Bir müddət öncə `Sampdoria`dan ayrılan Kassano debüt matçına çıxdığı qarşılaşmadakı qolun assistentliyini həyata keçirməsiylə yanaşı, həm də bu kuryoz hərəkətiylə yadda qalıb ki, o da şəkildən də izlədiyiniz kimi italiyalı həmkarlarımızın diqqətindən yayınmayıb.
